» » Azərbaycanda əsgər əsgəri güllələdi

Azərbaycanda əsgər əsgəri güllələdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 aprel 2014
//
Bölmə: Hadisə
Azərbaycanda əsgər əsgəri güllələdi


Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Cavid Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nəsimi Rüstəmova dəyib. Güllə yarası alan N. Rüstəmov hospitala yerləşdirilib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.




QafqazPRESS.az
banner125x125 banner125x125