» » Alimlər açıqladı: “40 yaşından sonra...”

Alimlər açıqladı: “40 yaşından sonra...”

Müəllif: Səma Zərdablı
//
Tarix: 09 aprel 2019
//
Bölmə: Gündəm
 Alimlər açıqladı: “40 yaşından sonra...”


Əminik ki, əgər sizə daha az işləməyi təklif etsəydilər, tərəddüdsüz qəbul edərdiniz. Bunu elmi tədqiqatlar da bir daha sübut edir.
Qafqazpress.az xəbər verir ki, Avstraliya alimlərinin dərc etdiyi araşdırmada məlum olub ki, 40 yaşdan yuxarı işçilər həftədə 3 dəfə işləyəndə daha məhsuldar nəticələr göstərir. Bu barədə məlumatı “The Soul Hearty” yazıb.
Melburn Tətbiqi İqtisadi və Sosial Araşdırmalar İnstitutu sınaqda iştirak etmək üçün 3500 qadın və 3000 kişi dəvət edib. Alimlər araşdırmada ailə strukturunu, məşğulluq növü, rifah, həyat keyfiyyətini nəzərə alıb.
Tədqiqatlar sübut edib ki, həftədə orta hesabla 25 saat çalışan insanlar daha səylə işlədiyi üçün yüksək göstəricilərə malikdir. Lakin iş həftəsi böyük olanda, yorğunluq və stressdən dolayı məhsuldarlıq aşağı düşür.
Alimlərinin sözlərinə görə, işinizi sevib-sevmədiyinizdən asılı olmayaraq, bir anda siz yorulmağa başlaya bilərsiniz. Tükənmə sindromunun qarşısını almaq üçün bu məqamlara diqqət yetirin:

Alkoqola aludəçilik;

Daha çox işləyirsiniz, amma nəticələr təsirləndirmir;

Daimi yorğunluq;

Kədər hissi və ya depressiya;

İş saatından əlavə çalışmaq;

Gözlərdə və bədəndə ağrı;

Ailə və sosial həyat problemləri.

Bəzi ölkələr artıq bu məsələni nəzarəti altına alıb. Məsələn, Fransada qeyri-iş saatlarında öz əməkdaşlarına elektron məktub göndərmək qadağan edilib. Digər inkişaf etmiş ölkələrdə 4 günlük iş həftəsi tətbiq edilir.

Əgər siz çox işləyirsiniz və fəaliyyət sahəsini dəyişdirə bilmirsinizsə, bunu dostlar ilə yaxşı münasibətlər və ya hobbi ilə kompensasiya etməyə çalışın, həyatın digər sahələrini müsbət emosiyalarla və pozitivlə doldurun.
banner125x125 banner125x125