» » Azərbaycanlı aktrisa: "Mən ailə quranda..."

Azərbaycanlı aktrisa: "Mən ailə quranda..."

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 may 2014
//
Bölmə: Mədəniyyət
Azərbaycanlı aktrisa: "Mən ailə quranda..."


Gənc Tamaşaçılar Teatrının aktrisası Vüsalə Qubadovanın Milli.Az-a müsahibəsi.

-​ Vüsalə xanım, aktrisa olmaq istəyiniz necə yarandı?

-​ Bir çoxları kimi aktrisa olmaq mənim də uşaqlıq arzum olub. Hələ məktəbli olarkən tədbirlərdə, yığıncaqlarda və s. çox fəal iştirak edirdim. O vaxtdan incəsənətə meylim artdı və aktrisa olmaq qərarına gəldim.

-​ Artıq neçə müddətdir ki, aktrisa kimi fəaliyyət göstərirsiniz?

-​ 7 ilə yaxındır ki, peşəkar səhnədəyəm.

-​ İlk iş yeriniz hansı teatr olub?

-​ İlk dəfə Musiqili Komediya Teatrında işə başlamışam. Oraya Polad Bülbüloğlunun dəvəti ilə getmişdim. Bir müddət səhnədən uzaq düşdüm. Ondan sonra Gənc Tamaşaçılar Teatrında işə qəbul olundum. Bu günə qədər də fəaliyyətimi burada davam etdirməkdəyəm.

-​ Nə üçün səhnədən uzaq düşdünüz?

-​ Bilmirəm, bir müddət səhnədən uzaqlaşdım. İstədim ki, dəyişiklik olsun. Onu da deyim ki, mən vokalistəm. Çox gözəl səs imkanlarım olduğuna görə bir müddət müğənniliklə məşğul oldum. Bu sahədə də özümü sınamaq istədim. Lakin gördüm ki, səhnəsiz qala bilmirəm. Elə bil, hansısa bir qüvvə məni səhnəyə çəkirdi. Ona görə də yenidən teatra qayıtmaq qərarına gəldim.

-​ İndi müğənnilik fəaliyyətinizi davam etdirmirsiniz?

-​ İndi vaxtımı daha çox teatra ayırıram. Amma ara-sıra el şənliklərində səsimdən də istifadə edib əlavə qazanc əldə edirəm.

-​ Sizin üçün komediya oynamaq rahatdır, yoxsa dram?

-​ Əslində, heç birində problem yoxdur.

-​ Necə bir obraz oynamaq istərdiniz?

-​ İstərdim ki, daha xarakterik bir obrazla səhnəyə çıxım.

-​ Ailə qurmusunuz?

-​ Xeyr, hələ subayam.

-​ Sizcə, aktrisa olmağınız sizə gələcəkdə ailə həyatı qurmağınızda hansı problemləri yarada bilər?

-​ Düzdür, bu sənət hamı tərəfindən birmənalı qarşılanmır. Lakin mən ailə həyatı quranda bunları nəzərə alacağam.

-​ Ailənizə görə sənətdən uzaqlaşarsınız?

-​ Bəli, lazım gələrsə, uzaqlaşaram. Amma bu o demək deyil ki, sənət mənim üçün ikinci plandadır. Sənətimi çox sevirəm.

-​ Yerli seriallardan indiyə qədər dəvət almısınız?

-​ Bəzi seriallardan almışam. Lakin vaxt və s. baxımdan məni qane etmədiyinə görə razılıq bildirməmişəm.

-​ Başqa hansı cəhətlər sizin üçün qaneedici olmayıb?

-​ Qonorar baxımından.

-​ Açıq-saçıq səhnələrə çəkilmək üçün sizə yüksək miqdarda qonorar təklif olunsa, razılıq verərsiniz?

-​ Məbləğindən asılı olmayaraq, heç bir açıq səhnəyə çəkilmərəm. Bu mənim peşə prinsiplərimdən biridir.

-​ Nəhayət ki, mən... Bu fikri necə tamamlamaq istərdiniz?

-​ Nəhayət ki, mən teatra qayıtdım.




QafqazPRESS.az
banner125x125 banner125x125