» » Nərminin başına açılan DƏHŞƏT- Başını əzib, dırnaqlarını kəsiblər - FOTO

Nərminin başına açılan DƏHŞƏT- Başını əzib, dırnaqlarını kəsiblər - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 08 yanvar 2020
//
Bölmə: Hadisə
Nərminin başına açılan DƏHŞƏT- Başını əzib, dırnaqlarını kəsiblər - FOTO


Pataloji anatomiya mütəxəssisləri noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən on yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəb və vaxtını müəyyən edib. Onun yanmış cəsədi yanvarın 6-da axşam tapılıb.
Qafqazpress.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Bildirilib ki, qız təxminən beş gün əvvəl öldürülüb. Mütəxəssislər N.Quliyevanın baş nahiyəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan beş xəsarət (bir yerdə kəllə sınıb) qeydə alıblar.
Məhkəmə-tibbi ekspertizası təcavüz faktını təyin edə bilməyib, çünki öldürülən uşağın beldən aşağı hissəsi tamamilə yanıb.
Cinayətin digər təfərrüatı da müəyyən edilib - Nərmin noyabrın 21-də itkin düşdüyü paltarda tapılıb.
İstintaqçılar təxmin edirlər ki, bütün bu müddət ərzində uşaq Dondar Quşçu kəndinin ərazisinə yaxın hansısa evin zirzəmisində saxlanılıb. Çünki Nərminin meyitinin tapıldığı yerdə avtomobilin təkərlərinə aid heç bir iz tapılmayıb.
Lakin qatilin qurbanın cəsədini tikinti arabasında gətirdiyini göstərən izlər qeydə alınıb. Əvvəl cinayətkar cəsədi plastik torbaya yerləşdirib. Daha sonra, məlum olduğu kimi, onu evinin yaxınlığındakı yolun kənarında yandırıb.
Uşağın vəhşicəsinə öldürülməsində kimin əli olduğunu söyləmək hələ mümkün deyil. Hazırda müstəntiqlər kəndin ətrafında talesiz Nərminin saxlandığı yerlərdə axtarış aparırlar.
Uşağın dırnaqlarının kəsili olmasına əsasən, istintaq-əməliyyat qrupunun üzvləri bu qənaətə gəliblər ki, qatil bunu qurbanın cinsi əlaqə zamanı ona xəsarət yetirməməsi üçün edib.
Qeyd edək ki, bu günə qədər qohumların şübhəli və ziddiyyət doğuran ifadələr verməyiblər. Hazırda müstəntiqlər dəlil və sübutlara əsasən axtarışları davam etdirir.
Yanvarın 7-də Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi meyiti ilk tapan şəxsin Quliyevin qonşusu İlkin Süleymanov olması barədə ortaq mesaj yayıb.
Yanvarın 8-də öldürülən qızın qalıqları dəfn edilib.
Nərmin Quliyeva 21 noyabrda, saat 15:00-da qonşuların qeyd etdiyi toy şənliyi zamanı yoxa çıxıb. Sonuncu dəfə onu dayısı Lətif Quliyevin evində görüblər.

Nərminin başına açılan DƏHŞƏT- Başını əzib, dırnaqlarını kəsiblər - FOTO

Nərminin başına açılan DƏHŞƏT- Başını əzib, dırnaqlarını kəsiblər - FOTO

Nərminin başına açılan DƏHŞƏT- Başını əzib, dırnaqlarını kəsiblər - FOTO
banner125x125 banner125x125