» » Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü

Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü

Müəllif: Səma Zərdablı
//
Tarix: 22 yanvar 2020
//
Bölmə: Hadisə
 Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü



Bakıda çoxmərtəbəli yaşayış binasında ölüm hadisəsi baş verib.
Qafqazpress.az Trend-in məlumatına görə, bildirir ki hadisə paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 115 saylı ünvanda qeydə alınıb.
Həmin ünvandakı yaşayış binasında “İKMA services” MMC tərəfindən liftin quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib.
Hadisə nəticəsində şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Dəmirov Musa Azər oğlu liftlə şaxtanın arasında qalaraq ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125