» » Bakıda dayə işlədiyi evdən 75 min manatlıq qızıl oğurladı

Bakıda dayə işlədiyi evdən 75 min manatlıq qızıl oğurladı

Müəllif: Səma Zərdablı
//
Tarix: 15 fevral 2021
//
Bölmə: Hadisə
Bakıda dayə işlədiyi evdən 75 min manatlıq qızıl oğurladı


Bakıda evdə oğurluq hadisəsi olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, həmin ərazidə yerləşən evlərin birindən 74 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daha sonra ev sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Məmmədova saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, S.Məmmədova həmin evdə dayə işləyib. O, mənzilə bələd olduğu üçün qızılların hara qoyulduğundan xəbərdar olub.
S.Məmmədova oğurladığı qızılları Sumqayıtda qızıl-alqı satqısı məntəqəsində satıb.
Faktla bağlı araşdırma aparılır.
banner125x125 banner125x125