Oğurluq işini araşdıran Bakı polisinin müstəntiqi: "Haradan bilim sən jurnalistsən"
Bakıda qadının evi talan edilib. Milli.Az xəbər verir ki, Xətai rayon sakini Esmira Hacıyevanın evinə soxulan naməlum şəxslər evdə olan bütün pul və qızılları aparıblar. Zərərçəkmiş polisə şikayətində göstərib ki, yaşadığı Nəsrəddin Tusi küçəsi ev 25, mənzil 66-da olmadığı müddətdə qapını açaraq evi talan ediblər. Evdə olan 1200 manat pul, 8000 manat dəyərində qızıl, 300 dollar, 50 türk lirəsi oğurlanıb.
İşin istintaqını aparan Xətai Rayon Polis İdarəsinin müstəntiqi Rauf Məmmədov Milli.Az-a oğurluq hadisəsi ilə bağlı məlumat vermək istəmədi: “nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayın. Telefonla məlumat verə bilmərəm. Mən haradan bilim ki, sən jurnalistsən?”
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR