Evdən 10 min manat dəyərində qızıl aparan şəxslər tutuldular
Bərdədə bir gün əvvəl baş verən oğurluq hadisəsinin üstü açılıb. Belə ki, rayonun Babək küçəsində yaşayan Səbinə Əliyeva polisə müraciət edərək evindən 10 min 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Milli.Az El TV-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakinləri 26 yaşlı Pərvin Əsgərov və 27 yaşlı Ruslan Şükürov saxlanılıblar. Oğurlanmış zinət əşyaları polis tərəfindən aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR