Bakıda 5-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Bakıda kişi 5-ci mərtəbədən yıxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini Mais Fərəcov Nəsimi rayonu ərazisində yaşadığı evin 5-ci mərtəbəsinin açıq eyvanından yıxılıb. Hadisə ehtiyatsızlığı nəticəsində baş verib.
M.Fərəcov həyətdə dayanmış qonşusu Rafayel Eyyubova məxsus “Mitsubishi” markalı avtomobilin üstünə düşüb. M.Fərəcəov xəstəxanaya yerləşdirilib.
Daha bir bədbəxt hadisə isə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Qəsəbəsakini Pərviz Qasımov yaşadığı evin damında təmir işləri apararkən yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR