» » Facebook-a status yazdı, 1 dəqiqə sonra ölü tapıldı

Facebook-a status yazdı, 1 dəqiqə sonra ölü tapıldı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 aprel 2014
//
Bölmə: Hadisə
Facebook-a status yazdı, 1 dəqiqə sonra ölü tapıldı


32 yaşlı Senford optimist status yerləşdirdikdən bir dəqiqə sonra avtomobil qəzasında dünyasını dəyişib
Amerikanın Klemmons şəhərinin sakini Kortni Enn Senford "Facebook" səhifəsində optimist status yerləşdirdikdən bir dəqiqə sonra avtomobil qəzasında dünyasını dəyişib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, 24 apreldə səhər saatlarında şəhərətrafı şossedə hərəkət edən 32 yaşlı Senford sosial şəbəkədə yüksək əhval-ruhiyyədə olduğunu və Farrel Uilyamsın yeni mahnısını dinlədiyini yazıb: ""Happy" mahnısı məni xoşbəxt edir".

Status saat 8.33-də yazılıb. Artıq 8.34-də isə xilasetmə xidmətinə yol qəzasının şahidlərindən zəng daxil olub.

911 xidmətinə zəng edən şəxs, minik avtomobilinin qarşı tərəfdən gələn yük maşını ilə toqquşduğunu və həmin an alışdığını yazıb. Yük maşınının sürücüsü zərər çəkməsə də, Senford aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qəzanın baş vermə səbəbi məlum deyil.

Polislər hadisənin bir anda baş verdiyini bildiriblər. "Facebook" dostları onun statusunu like edəndə və şərhlər yazanda qadının ölümündən xəbərsiz idilər.



QafqazPRESS.az
banner125x125 banner125x125