» » Azərbaycanda 5 avtomobil toqquşdu, günahkar hadisə yerindən qaçdı

Azərbaycanda 5 avtomobil toqquşdu, günahkar hadisə yerindən qaçdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 aprel 2014
//
Bölmə: Hadisə
Azərbaycanda 5 avtomobil toqquşdu, günahkar hadisə yerindən qaçdı


10:33

Yevlax şəhərində Ceyhun Mustafayev və Füzuli küçələrinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az El TV-yə istinadən bildirir ki, 2 “VAZ 2107”, ”Hyundai”, “VAZ 21011” və hadisə yerindən dərhal uzaqlaşdığına görə dövlət qeydiyyat nişanı hələlik müəyyənləşdirilməyən “Lada Priora” markalı avtomobillər toqquşub.

Şahidlərin bildirdiklərinə görə, qəzanın baş verməsinə “Lada Priora” markalı avtomobilin işiqforun qırmızı işığında yol ayrıcına daxil olaraq, digər avtomobillərin yoluna çıxması səbəb olub. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Dərhal hadisə yerinə Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib. Araşdırmalara başlanıb.



QafqazPRESS.az
banner125x125 banner125x125