Türk filmində böyük qalmaqal
Amerikalı turist Saray Syerranın Türkiyədə başına gələnlərdən bəhs edən və çəkilişləri ötən il başlanan "Gecenin tenhası" filmində gözlənilməz olaylar yaşanır.
Milli.Az AHT-yə istinadən bildirir ki, filmdə baş rolda oynayan aktrisa Maral Büyüksaraç çəkilişləri tərk edib.
Onun sözlərinə görə, çəkildiyi normal səhnələr montaj zamanı kəsilib, əvəzində qatıldığı erotik səhnələr əlavə olunub.
"Bu məsələ ilə bağlı artıq danışmaq istəmirəm. Sadəcə, onu bildirmək istəyirəm ki, montaj zamanı məni kim bilir necə bir aktrisa kimi qələmə veriblər", - M.Büyüksaraç söyləyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR