Bakıya dolanışıq üçün qaçmış gənc ailə məhv oldu
Gənc ailə Bakıya qazanc dalınca gəlmişdi, qısqanclığa qurban getdi. Ərin həyat yoldaşından şübhələnməsi gənc ailəni məhv edib.
11:09
Ərin gənc arvadına qarşı amansızlıq etməsinin səbəbi məlum olub. Xətai Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Dilbazi Qurbanova təxminən 20 gün əvvəl həyat yoldaşı Ramini ataraq gedib başqa yerdə yaşayırmış. Ramin qadının yaşadığı evə gedərək geri qaytarmaq istəyib. Lakin Raminin arvadının ona xəyanət etməsi şübhələri olub. Dünən həyat yoldaşının mobil telefonuna baxıb və başqa bir şəxsin sms-ini görüb. Bundan sonra amansız qətlə əl atıb.
D.Qurbanova iki azyaşlı uşaq anası olub.
-----------
10:57
Ağstafa rayonundan paytaxta işləməyə gəlmiş 30 yaşlı Ramin Qurbanov dünən dəhşətli cinayət törədib. Milli.Az xəbər verir ki, o, Xətai rayonu ərazisində kirayə yaşadıqları mənzildə 27 yaşlı arvadı Dilbazini amansızlıqla öldürüb. Qısqanc ər ona çoxsaylı bıçaq zərbələri vurub. Dilbazi aldığı xəsarətlərdən dünyasını dəyişib.
Xətai Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, R. Qurbanov artıq təslim olub və törətdiyi əməli etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
-----------
10:47
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-72-də qeydə alınıb.
Ağstafa rayon sakini, 30 yaşlı Ramin Şəmşid oğlu Qurbanov kirayə yaşadığı mənzildə qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızı Qurbanovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.
Hadisəni törədən R. Qurbanov özü polisə gələrək təslim olub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR