» » Bakıda qadın məhkəmədən qurtuldu, polisdən isə yox...

Bakıda qadın məhkəmədən qurtuldu, polisdən isə yox...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 21 may 2014
//
Bölmə: Hadisə
Bakıda qadın məhkəmədən qurtuldu, polisdən isə yox...



Bakıda bir həftə əvvəl məhkəməsi olan qadın tutulub. Onun məhkəmə qətnaməsi qüvvəyə minmədən tutulması isə qaranlıq qalıb. Zöhrə Aydəmirova dünən Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olduğu bildirlir.

Öyrəndik ki, Z.Aydəmirova bir müddət əvvəl elektrotexnika mallarının satışı ilə məşğul olan mağazadan kreditlə 2 mobil telefon, bir noutbuk alıb. Lakin sonradan krediti ödəmədiyindən həmin mağaza tərəfindən Yasamal Rayon Məhkəməsində iddia qaldırıb.

Məhkəmədən Milli.Az-a bildirildi ki, iddia qismən təmin olunub və Z.Aydəmirovanın 1573 manat pulu mağazaya ödəməsi barədə qətnamə çıxarıb. Dünən isə Xətai polisi həmin qadını həbs edib. İşi araşdıran Xətai rayon Polis İdarəsinin müstəntiqi Məmmədşah Həsənəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Z.Aydəmirovanın həbsi başqa bir dələduzluq əməli ilə bağlıdır. Müstəntiq istintaq sirri olduğundan həmin qadının hansı yolla dələduzluq etməsini açıqlamadı.



QafqazPRESS.az
banner125x125 banner125x125