» » Deputatların toxunulmazlığı ləğv edildi - Şok qərar

Deputatların toxunulmazlığı ləğv edildi - Şok qərar

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 may 2016
//
Bölmə: Siyasət
Deputatların toxunulmazlığı ləğv edildi - Şok qərar







Türkiyədə uzun müddətdir müzakirələrə və mübahisələrə səbəb olan deputatların toxunulmazlıqlarının ləğv edilməsi təklifi referendumsuz qəbul edilib.

Türkiyə Böyük Millət Məclisində keçirilən toplantıda toxunulmazlığın ləğvi ilə bağlı konstitusiyaya dəyişiklik təklifi 376 səslə qəbul edilib.

Yeni qanuna əsasən, haqqında prokurorluq orqanları tərəfindən cinayət işi açılan 138 deputatın toxunulmazlıq hüququ aradan qalxır.

Qeyd edək ki, qəbul edilən qanundan sonra 41 HDP və 33 CHP millət vəkili barədə araşdırmalara başlanılacaq.
banner125x125 banner125x125