Bakı metrosunda yenə də namus davası oldu
Bu gün də Bakı Metropolitenində daha bir namus qalmaqalı yaranıb.
ANS PRESS-in milli.az-a istinadən verdiyi məlumata görə, “Həzi Aslanov” – “İşərişəhər” istiqamətində hərəkət edən qatar “Gənclik” və “28 May” stansiyaları arasında tuneldə dayanıb ə dayanıb.
Bu zaman 20-22 yaşlı bir oğlan 35 yaşlarında xanıma söykənib. Qadın səs-küy salaraq etirazını bildirib. Qatar platformaya yaxınlaşan kimi bir neçə gənc həmin oğlanı vaqondan düşürüb. Xanım onu polisə vermək istəsə də, həmin oğlanlar buna icazə verməyib adamı metrodan çıxarıblar.
Xatırladaq ki, dünən də səhər saat 09:30 radələrində Bakı Metropolitenində oxşar hadisə baş vermişdi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR