» » Sərhəd Buraxılış Məntəqəsində insident

Sərhəd Buraxılış Məntəqəsində insident

Müəllif: Sevinc Novruzova
//
Tarix: 24 iyun 2014
//
Bölmə: Hadisə
Sərhəd Buraxılış Məntəqəsində insident


Pasportu cırılan vətəndaşın halı pisləşdi
Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində işçilərlə sərnişin arasında insident yaşanıb.

Anspress-in verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında sərhəd buraxılış məntəqəsinin Azərbaycan tərəfində baş verib.

Belə ki, Cəlilabad sakini, 1957-ci il təvəllüdlü Qızqayıt Qəhrəman qızı Aslanov İran tərəfindən Azərbaycan tərəfinə keçmək istəyərəkən buraxılış məntəqəsinin işçisilə yük üstündə mübahisə edib. Baş verən mübahisə fonunda vətəndaşın pasportunu yoxlayan həmin şəxs Qızqayıt Aslanovanın pasportunu çıraraq yararsız hala salıb. Vətəndaşın isə elə həmin yerdə qəfildən halı pisləşib. Qadın özündən gedib.

Hadisə yerinə Biləsuvar Təcili və Təxirəsalınmaz Tibib Yardım Stansiyasının əməkdaşları çağrılıb. Zərəçəkənin yaxınlarının sözlərinə görə, buraxılış mətnəqəsində neytral zonada qalan vətəndaşa yardım göstərmək üçün çağırılmış təcili yardım maşını sərhəddən içəri buraxılmayıb.



QafqazPRESS.az
banner125x125 banner125x125