Hamilə qadın ermənilərin atəşi altından çıxarılıb
Ermənilər Tovuzun Əlibəyli kəndini intensiv atəşə tutublar. Əlibəyli kənd həkim məntəqəsinin baş həkimi Minayə İsmayılovanın ANS PRESS-ə verdiyi məlumata görə, kənddə yaralananlardan əlavə təşvişə düşərək halı pisləşənlər də olub.
"Mən gecə saatlarlında təcili tibbi yardım maşını ilə vəziyyəti pisləşən iki nəfəri atəş altında kənddən çıxarmışam. Onlardan biri 9 aylıq hamilə qadın, digəri isə yeni ana olan gənc qadın olub. Atəş intensiv olduiğundan diqqət çəkməmək üçün təcili yardım maşınının işığını yandırmayaraq telefon işiğı ilə hərəkət etmişik", - deyə baş həkim bildirib.
Xatərladaq ki, ötən gün axşam saatlarında ermənilər Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutublar.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilərin açdığı atəş nəticəsində biri azyaşlı uşaq olmaqla, 3 nəfər yaralanıb.
Yaralılardan 45 yaşlı, 3 uşaq anası Ənayət Totan qızı Əliyeva yaşadığı evin qapısı ağzında güllələnib.
Digər kənd sakini, 72 yaşlı Qaraqız Qara qızı Nağıyeva yaralanıb. Ermənilərin atdığı güllə onun nəvəsi, 5 yaşlı Nurcan Osman qızı Nağıyeva ayağından dəyib.
Yaralıların vəziyyəti hazırda qənaətbəxşdir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR