Azərbaycanda ata qızını zorladı
Abşeron rayonunda ata doğma qızını zorlayıb. Abşeron rayon Polsi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə qızın anası polisə şikayət edib. Qadının sözlərinə görə, 16 yaşlı qızı bir neçə dəfə atası tərəfindən təcavüzə məruz qalıb. Lakin qız bu barədə anasına heç nə deməyibmiş.
Qeyd edək ki, qızı zorlamaqda ittiham olunan kişi ilə qadın bir müddət əvvəl boşanıblar. Kişi ailəsi ilə yaşamayıb.
Qadının şikayətindən sonra zorlandığı deyilən qız tibbi müayinədən keçmək üçün ekspertiziyaya göndərilib.
Artıq qızını zorlamaqda ittiham olunan kişininin axtarışı başlayıb. Hələlik kişinin yeri müəyyən edilməyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR