Cəlilabadda güclü yanğın
Cəlilabad rayonu Ağdaş kəndində fərdi evlərin birində yaranan güclü yanğın artıq söndürülüb. ANS PRESS-in məlumatına görə, yanan evin sahibi məlum olub.
Belə ki, 1966-cı il təvəllüdlü İbrahim Rüstəmova məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan ev yanaraq külə dönüb. İlkin ehtimala görə, yanğın elektrik xətlərində yaranan qısaqapanma zamanı yaranıb. Lkain hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
12:05:00
Bu gün saat 11:30-da Cəlilabadda fərdi evlərin birində yanğın başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın hələ də davam edir və çox güclüdür.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlər cəlb olunub.
Yanğınsöndürənlər alovun digər evlərə yayılmaması üçün çalışırlar. Lakin yanğının miqyası böyük olduğu üçün yaxınlıqdakı əhali evakuasiya olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR