QafqazPRESS » Kriminal » Bakının məşhur universitetində yanğın

Bakının məşhur universitetində yanğın

Bakının məşhur universitetində yanğın




Bakıdakı ali təhsil müəssisəsində yanğın olub.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yanğın Memarlıq və İnşaat Universitetinin həyətində meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, universitetin həyətində taxta tullantılar yanıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlərin səyin nəticəsində yanğının qarşısı alınıb.



QafqazPRESS.az

Baxanlar: 469
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.