Tovuzda azyaşlı yaşadığı evi yandırdı
Tovuz rayonunda yanğın hadisəsi baş verib.
Reportun məlumatına görə, Tovuz rayon, Xatınlı kəndində vətəndaş İsrafil Mustafayevə məxsus fərdi evdə yanğın olub.
İlkin məlumata görə, evdə nəzarətsiz qalan azyaşlı evin birinci mərtəbəsində olan quru otu yandırıb. Nəticədə yanğın baş verib. Yanğın zamanı sahəsi 130 kvadratmetr olan ikimərtəbəli ev, içərisindəki əşyalar və evin birinci mərtəbəsində yığılan ot bağlamaları qismən yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon dövlət yanğından mühafizə hissəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Evdə qalan qadın və dörd uşaq təxliyə edilib. Yanğının ətraf tikililərə yayılmasının qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR