» » Azərbaycanda qadın abortdan sonra vəfat etdi

Azərbaycanda qadın abortdan sonra vəfat etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 iyul 2014
//
Bölmə: Hadisə
Azərbaycanda qadın abortdan sonra vəfat etdi




Hacıqabulda üç uşaq anası abortdan 12 gün sonra vəfat edib.

Mərhumun həyat yoldaşı Elşən Əzizovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün Hacıqabul rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, iyulun 2-də Hacıqabul rayon Atbulaq kənd sakini, 1990-cı il təvəllüdlü, üç uşaq anası Əsmər Əli qızı Əzizovanın bətnində olan körpə abort vasitəsilə Hacıqabul Mərkəzi rayon Xəstəxanasında götürülüb. Hadisədən iki gün sonra qadının halı pisləşdiyindən, yenidən əməliyyat olunub. Əməliyyat olunan qadın bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində ölüb.

Meyit müayinə olunmaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.



QafqazPRESS.az
banner125x125 banner125x125