“Uşaqları qoruyaq, ilk addımları kövrək olur...” – Ayaz Nizamioğlu
Xəbər verdiyimiz kimi, dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
“Qafqazinfo” xəbər verir ki, jurnalist bu il iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Facebook” hesabında oğlunun şəklini paylaşaraq belə şərh edib: “Uşaqları qoruyaq! Çünki onların ilk addımları kövrək olur. Bizim dəstəyimizə məhz bu zaman onların ciddi ehtiyacı var”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR