Ərdoğan etirazçıya yumruq atdı - Video
Ərdoğan Ötən gün Somada kömür mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan etirazla qarşılanmışdı.
"AzerFax" xəbər verir Baş nazirin maşını daşa basılıb. Ərdoğan marketlərdən birinə girərək etirazçılardan gizlənib. Bu gün isə baş nazirin sığındığı marketdə bir şəxsi yumruqla vurmasını əks etdirən video internetə yüklənib.
Xatırladaq ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Hadisə növbə dəyişikliyi zamanı baş verib. Buna görə mədəndə iki növbənin əməkdaşları olduğu üçün itkilərin miqyasının böyük olduğu bildirilir. Son məlumatlara görə, ölənlərin sayı 282-yə çatıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR