Azərbaycanda körpənin üstünə darvaza aşdı
Valideyn ehtiyatsızlığı az qalsın faciə ilə nəticələnəcəkdi.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, Şamaxıda 3 yaşlı uşağın üzərinə dəmir darvaza düşüb.
Sözü gedən hadisə Şamaxı şəhər Bakı küçəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Piriyeva Xədicə Mətləb qızı həyətdə oynayarkən dəmir darvaza üzərinə aşıb. Nəzarətsiz buraxılan uşaq bir anda qəzanın qurbanına çevrilib.
Ağır dəmir parçasının altında qalan uşağın səsinə yaxınlıqda olan insanlar gəliblər. 3 yaşlı Xədicə ağır kəllə-beyin travması alıb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR