Bakıda sərnişin avtobusu ilə firma mikroavtobusu toqquşdu, yaralılar var
Bakıda sərnişin avtobusu ilə mikroavtobus toqquşub. Milli.Az-ın məlumatına görə, Heydər Əliyev prospektində firmalardan birinə məxsus olan “Ford Tranzit” markalı mikroavtobus 204 saylı marşrutla hərəkət edən “Otoyol” markalı avtobusa çırpılıb.
Qəza zamanı xəsarət alan “Ford”un sürücüsü Azad Əhmədov və sərnişini Şəms Tağıyeva xəstəxanaya yerləşdirliblər.
Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, Sabunçu körpüsündən Heydər Əliyev prospektinə çıxışda “Otoyol” xarab olub. Sürücü avtobusu yolun kənarında saxlayıb. Bu zaman arxadan gələn “Ford” ona çırpılıb. Hazırda araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR