Bakıda ağır qəzaya düşən KİA-nın təhlükəsizlik yastığı açılmadı

Bu gün Bakı yaxınlığındakı qəza ölkəyə gətirən yeni avtomobillərin elə də etibarlı olmadığını üzə çıxardı.
Milli.Az xəbər verir ki, hadisə bu gün səhər Bakı-Sumqayıt yolunda, VAZ Dairəsi adlanan ərazidə baş verib. 107 km/saat sürətlə hərəkət edən avtomobilin sürücüsünü qarşıda hərəkət edən "Ford Tranzit" markalı yük maşını çaşdırıb. Sürücünün sözlərinə görə, "Ford" qarşıda sağa-sola manevr etdikdən sonra əyləci basaraq onu çaşdırıb. Nəticədə yüksək sürətlə hərəkət "KİA Rio" markalı avtomobil yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.
KİA-nın sürücüsü deyir ki, xoşbəxtlikdən, avtomobildə sərnişin olmayıb.
"Özüm isə hadisə anında sükandan bərk yapışdım. Təhlükəsizlik kəmərini də bağlamışdım. Ancaq təhlükəsizlik yastıqları açılmadı. Məni Allah qorudu. Maşının təhlükəsizlik yastıqları etibarsız çıxdı", - o əlavə edib.
Baş verən hadisədən sonra paytaxt istiqamətində gələn yolda tıxac yaranıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR