SON DƏQİQƏ: Bakıdakı yanğın söndürüldü, 1 nəfər özünü BİNADAN ATDI - YENİLƏNDİ
Trend xəbər verir ki, hadisə nəticəsində özünü atan şəxs həmin binada məskunlaşan 1960-cıl il təvəllüdlü Məstanov Kazım Sevindil oğludur.
Həmin şəxs binanın 5-ci mərtəbəsində yanğının əhatəsində qaldığından qorxaraq özünü pəncərədən atıb. K.Məstanov 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.
***
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 7 nəfərə yerində yardım göstərilib. Onlardan 3-ü qadın, 3-ü kişi, 1 nəfər isə uşaqdır.
Özünü binadan atan kişi Sabunçu rayon 3 saylı klinik xəstəxanasına yerləşdirlib.
***
Bakının Xətai rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb.
Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.
***
Bakıda Babək prospektində yerləşən yataqxana yanır.
Axar.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları gəlib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binadan aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR