» » Şəhriyar Məmmədyarov: "Gərək boksla məşğul olardım, uzağı, gözümün altı qaralacaqdı"

Şəhriyar Məmmədyarov: "Gərək boksla məşğul olardım, uzağı, gözümün altı qaralacaqdı"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 aprel 2014
//
Bölmə: İdman
Şəhriyar Məmmədyarov: "Gərək boksla məşğul olardım, uzağı, gözümün altı qaralacaqdı"


Şəhriyar Məmmədyarov Shamkir Chess turnirinin 2-ci turunda Teymur Rəcəbovla heç-heçədən sonra mətbuat konfransında suallara cavab verib.

Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, Məmmədyarov bunları söyləyib: "Teymur debütlə məni təəccübləndirdi. 6-7 yaşından biz oynayırıq, amma belə gediş görməmişdim. Fikrimcə, bir neçə ay oynamayan Teymur Şəmkir turnirinə yaxşı hazırlaşıb və yeni taktikaları məşq edib. İstəməzdim, ev tapşırığına düşüm. Karlsenə uduzandan sonra istəyirdim bir qədər daha yaxşı oynayım. Risk etmədim və heç-heçəylə başa çatdı.

Bir qədər yorğunluq var. İddiaçılar turnirindən sonra dərhal Şəmkirə hazırlaşdım. İddiaçılar da tam fərqli rəqiblər idi. Şahmat elədir ki, hər rəqibə saatlarla hazırlaşırsan. Bu çox vaxt aparır, adam bəzən yorulur. Hərdən fikirləşirdim ki, gərək boksla məşğul olardım. Uzağı, rinqə çıxanda gözümün altı qaralacaqdı. Şahmatda başımız işləyir və psixoloji zərbə alırıq".

Teymur Rəcəbovla görüşlərinin statistikasına gəlincə Məmmədyarov hər ikisinin Azərbaycan yığmasından çıxış etdiyini yada saldı: "Biz uzun illərdir Azərbaycan yığmasının şərəfini qoruyuruq. Bizim üçün əsas milli komandadır. İnanın, əgər seçməli olsam, Teymur və ya digər rəqib, mütləq digər rəqib üzərində qələbə qazanaram. Sözsüz, şahmatda rəqibik. Amma partiyadan sonra dostuq. Mən şahmata gələndə Teymur artıq ulduz idi. O, beynəlxalq usta olanda mənim heç reytinqim olmayıb".

QafqazPRESS.az
banner125x125 banner125x125