Futboldan birbaşa həbsə getdilər
Danimarkada bazar günü axşam paytaxtın "Parken" stadionunda keçirilən "Kopenhagen"-"Brondbyu" oyunundan sonra 20-yə yaxın azarkeş polis tərəfindən saxlanılıb.
Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb. Polis inspektoru Henrik Meller "Ritsaus byuro" agentliyinə bildirib: "Tamaşaçılar idman kompleksini tərk edərkən "Kopenhagen"in bir qrup fanatı çıxışa qaçaraq "Brondbyu"nun azarkeşlərinə hücum ediblər. Davada 200-ə yaxın adam iştirak edib. Bundan sonra polis vəziyyətə nəzarəti ələ alıb və "Brondbyu"nun azarkeşləri vağzala qədər müşayiət olunaraq onlar üçün ayrılmış qatarlarda paytaxtı tərk ediblər.
Oyun heç-heçə (1:1) başa çatıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR