"Zenit" beynini "Beşiktaş"a satır
Rusiyanın "Zenit" klubu heyətindəki portuqaliyalı futbolçu Danini "Beşiktaş"a satmaq istəyir.
ANS PRESS-in məlumatına görə, artıq klublar öz aralarında razılığa gəliblər. Futbolçunun Türkiyə təmsilçisinin heyətinə cəlb edilməsi üçün "Beşiktaş" rəhbərliyi "Zenit"ə 4 milyon avro pul ödəməli olacaq. Daniyə isə 3 illik müqavilə təklif olunacaq və illik 2,25 milyon avro məvacib ödəniləcək. Futbolçuya hər çıxdığı oyuna görə isə əlavə 15 min avro mükafat veriləcək.
Dani Rusiya liqasında bu mövsüm "Zenit"in heyətində çıxdığı oyunlarda 15 qol və 14 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Beşiktaş" yarımmüdafiə xəttini gücləndirmək üçün "Volfsburq"un yarımmüdafiəçisi ilk əvvəl Dieqonu transfer etmək qərarına gəlmişdi. Ancaq futbolçu ilə razılığa gəlinmədiyindən digər variantlar nəzərdən keçirilməyə başlanıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR