» » İtaliya və İngiltərə yığmalarına bəd xəbər

İtaliya və İngiltərə yığmalarına bəd xəbər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 iyun 2014
//
Bölmə: İdman
İtaliya və İngiltərə yığmalarına bəd xəbər



Braziliyada bu gün dünya çempionatının start götürəcəyinə baxmayaraq, bu ölkədə hələ də bəzi stadionlar matçları qəbul etməyə tam hazır deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, belə stadionlardan biri də Manaus şəhərindəki arenanın meydançasıdır.

Braziliyada yarışı işiqlandıran jurnalistlərin verdiyi xəbərə görə, şəkildə də gördüyünüz bu bərbad meydançada mundialın ən maraqla gözlənilən qarşılaşmalarından biri keçiriləcək.

İyunun 14-də (Bakı vaxtı ilə 03.00 – iyunun 14-dən 15-nə keçən gecə) dünya futbolunun nəhənglərindən ikisi – İtaliya və İngiltərə məhz bu meydançada üz-üzə gələcək. Amma maraqlıdır, cəmi üç gündən sonra stadionun qazonunu normal hala gətirmək mümkün olacaqmı? Əgər olmayacaqsa, biz dünya futbolunun ulduzlarının ifasında gözəl futbol görə biləcəyikmi?


QafqazPRESS.az
banner125x125 banner125x125