» » İtaliya Azərbaycanla bu stadionda qarşılaşacaq

İtaliya Azərbaycanla bu stadionda qarşılaşacaq

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 iyun 2014
//
Bölmə: İdman
İtaliya Azərbaycanla bu stadionda qarşılaşacaq



Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan oyunu Palermo şəhərindəki "Comunale Renzo Barbera" stadionunda təşkil olunacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



QafqazPRESS.az
banner125x125 banner125x125