» » DÇ-2014-ün 1/8 final cütlükləri

DÇ-2014-ün 1/8 final cütlükləri

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 iyun 2014
//
Bölmə: İdman
DÇ-2014-ün 1/8 final cütlükləri



Braziliyada təşkil olunan 20-ci dünya çempionatının G və H qruplarında keçirilən oyunlardan sonra 1/8 finalın bütün cütlükləri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qrup mərhələsinin ən yaxşı 16 komandası mundialda mübarizəni davam etdirəcək.

Avropanın İspaniya, İngiltərə, İtaliya, Portuqaliya, Xorvatiya və Rusiya kimi aparıcı komandaları mundialla erkən vidalaşıb. Kosta-Rika və Əlcəzair yığmalarının 1/8 finala yüksəlmələri isə dünya çempionatının sürpriz nəticəsi sayılır.

Dünya çempionatının 1/8 final mərhələsinin cütlükləri:

28 iyun

21:00. Braziliya - Çili

01:00. Kolumbiya - Uruqvay (iyunun 28-dən 29-na keçən gecə)


29 iyun

21:00. Hollandiya - Meksika

01:00. Kosta-Rika - Yunanıstan (iyunun 29-dən 30-na keçən gecə)


30 iyun

21:00. Fransa - Nigeriya

01:00. Almaniya - Əlcəzair (iyunun 30-dan iyulun 1-nə keçən gecə)


1 iyul

21:00. Argentina - İsveçrə

01:00. Belçika - ABŞ (iyulun 1-dən 2-nə keçə gecə)

Milli.Az

DÇ-2014-ün bütün xəbərləri burada.




QafqazPRESS.az
banner125x125 banner125x125