Hayde Bruneder: "Azərbaycanda çempionat çox gözəl təşkil olunub"

Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda üçüncü dəfədir keçirilir
Trend-in məlumatına görə, bunu Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin sədri Hayde Bruneder iyunun 13-dən 15-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıda bədii gimnastika üzrə Avropa çempionatı xüsusilə texniki tərəfdən çox gözəl təşkil olunub.
O, turnirin ideal şəraitdə keçiriləcəyinə və iyunun 15-də axşam uğurla başa çatacağına əmin olduğunu bildirib: "Ümid edirik ki, biz Bakıya belə hadisələrlə bağlı sonuncu dəfə gəlməyəcəyik".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR