» » Azərbaycan gimnastı Avropa çempionatında liderliyini qoruyur

Azərbaycan gimnastı Avropa çempionatında liderliyini qoruyur

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 iyun 2014
//
Bölmə: İdman
Azərbaycan gimnastı Avropa çempionatında liderliyini qoruyur


15:54

Azərbaycanlı gimnast Jalə Piriyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında A və B qruplarının çıxışından sonra yuniorlar arasında təsnifat turnirində liderliyini davam etdirir.
Trend-in məlumatına görə, hakimlər J.Piriyevanın çıxışını ümumilikdə 31.466 balla qiymətləndiriblər: 16.100 bal halqa və 15.366 bal top ilə kompozisiyaya görə.

C qrupunda yarışdan öncə ikinci yerdə 31.429 bal toplayan Belarus təmsilçisi Mariya Trubaç qərarlaşıb.

Bundan başqa, А qrupunda çıxış edən digər aparıcı idmançımız Züleyxa İsmayılova isə üçüncüdür. Z.İsmayılova hakimlərdən 30.349 bal alıb: halqa və topla çıxışlara görə müvafiq olaraq 15.083 və 15.266 bal.

Azərbaycan komanda hesabında 61.815 balla üçüncü yerə enib. Belarus komandası isə 62.923 balla birinciliyi ələ keçirib. Üçüncü yerdə Rusiya (62.366) qərarlaşıb.

---------
14:26

Azərbaycanlı gimnast Jalə Piriyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorlar arasında A və B təsnifat qrupunda liderliyini davam etdirir.

Trend-in məlumatına görə, hakimlər Piriyevanın çıxışını ümumilikdə 31.466 balla qiymətləndiriblər: 16.100 bal halqa və 15.366 bal top ilə çıxışa görə.

А qrupunda çıxış edən digər qabaqcıl idmançımız Züleyxa İsmayılova isə ikincidir. İsmayılova hakimlərdən 30.349 bal alıb: halqa və topla çıxışlara görə müvafiq olaraq 15.083 və 15.266 bal.
Yunanıstanlı Eleni Kelaiditi 29.783 balla fərdi hesabda üçüncü yerdə qərarlaşıb.

Komanda hesabında Azərbaycan 61.815 balla ikinci yerə düşüb. Rusiya komandası isə 62.366 balla birinciliyi ələ keçirib. Üçüncü yerdə Yunanıstan (55.249 bal) qərarlaşıb.

------------
12:08

Hal-hazırda azərbaycanlı gimnast Jalə Piriyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorlar arasında A təsnifat qrupunun lideridir.

Trend-in məlumatına görə, hakimlər Piriyevanın çıxışını ümumilikdə 31.466 balla qiymətləndiriblər: 16.100 bal halqa və 15.366 bal top ilə çıxışa görə.

А qrupunda çıxış edən digər idmançımız Züleyxa İsmayılova isə ikincidir. İsmayılova hakimlərdən 30.349 bal alıb: halqa və topla çıxışlara görə müvafiq olaraq 15.083 və 15.266 bal.

Hazırda komanda hesabında Azərbaycan 61.815 balla birinci yeri tutur. İkinci yerdə Rumıniya (54.190 bal) gəlir. Üçüncü yerdə isə Estoniya idmançıları qərarlaşıblar. Onların aktivində 54.050 bal var.

Cümə günü Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb.

----------
11:03

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb.

Trend-in məlumatına görə, Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Yarışın ilk günündə A, В və С qruplarında yuniorların fərdi təsnifat turniri keçiriləcək. Gimnastlar top və halqa ilə çıxış edəcəklər.

Bundan başqa, iyunun 13-də senyorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirəcəkləri qrup komandalarının yarışı da keçiriləcək.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.



QafqazPRESS.az
banner125x125 banner125x125