» » Mariana Vasileva: "Azərbaycanlı gimnastların gücü onların gəncliyindədir"

Mariana Vasileva: "Azərbaycanlı gimnastların gücü onların gəncliyindədir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 iyun 2014
//
Bölmə: İdman
Mariana Vasileva: "Azərbaycanlı gimnastların gücü onların gəncliyindədir"



Azərbaycanlı gimnastların gücü onların gəncliyindədir
Trend-in məlumatına görə, bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi bildirib: "Komanda Aliyə Qarayevanın gedişindən sonra keçid dövrünü başa vurub, ona görə biz turnirə ən gənc gimnastları çıxarmışıq. Misal üçün, senyorlar bu proqramda yalnız birinci ildir ki, çıxış edirlər. Biz əminik ki, onların böyük potensialı var və bizim gənc idmançılarımız hələ səkkiz il azarkeşləri təkcə Avropa çempionatlarında deyil, dünya çempionlarında, Olimpiya Oyunlarında sevindirəcəklər".

Bədii gimnastika üzrə yubiley Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. 9 medal dəsti uğrunda qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparacaq.



QafqazPRESS.az
banner125x125 banner125x125