» » Türkiyədən ermənilərə "yaşıl işıq" (VİDEO)

Türkiyədən ermənilərə "yaşıl işıq" (VİDEO)

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 aprel 2014
//
Bölmə: Siyasət



Türkiyənin xarici işlər nazirinin Azərbaycan səfəri öncəsi Vaşinqtondakı açıqlaması isə maraq doğurmaya bilməz.

Belə ki, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ölkəsinin sərhədlərini Suriyada yaşayan erməniləri üçün açdığını elan edib. Əhməd Davutoğlu iki gün əvvəl Suriyanın Kasab bölgəsində yaşayan ermənilərin hücuma məruz qalması xəbərini şərh edərkən deyib.

Qeyd edək ki, Suriyada münaqişə başlayandan bu ölkədən qaçqın düşən Suriyalı ermənilərinin üz tutduğu məkanlardan biri də Azərbaycanın işğal altındakı torpaqlarıdır. Ermənistan hökumətinin və erməni dipsporunun təşkilatçılığı ilə həmin Suriya erməniləri əsasən Kəlbəcər və Qubadlı rayonlarında yerləşdirlirlər.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125