» » Azərbaycanda günəş enerjisi ilə işləyən idman zalı tikilir

Azərbaycanda günəş enerjisi ilə işləyən idman zalı tikilir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2014
//
Bölmə: İdman
Azərbaycanda günəş enerjisi ilə işləyən idman zalı tikilir



İdman qurğusu 2015-ci ilin əvvəllərində siyəzənli idmansevərlərin istifadəsinə veriləcək
Şimal bölgəsində ilk dəfə Siyəzəndə alternativ enerji ilə işləyən idman qurğusu inşa olunur. Tikinti yekunlaşandan sonra idman qurğusunun damında günəş batereyaları quraşdırılacaq.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, idman qurğusunun tikintisinə 2013-cü ilin noyabr ayından başlanılıb. Tikinti Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. 3 mərtəbədən ibarət binada inzibati otaqlar və çoxfunksiyalı idman zalı yerləşəcək. Artıq binanın bünövrəsi hazırdır və 1-ci mərtəbənin hörgü işləri görülür. Bu idman qurğusu yalnız günəşdən alınan enerji hesabına işləyəcək.

İdman qurğusu 2015-ci ilin əvvəllərində siyəzənli idmansevərlərin istifadəsinə veriləcək.



QafqazPRESS.az