» » Bu rayonda ilk dəfə idman kompleksi tikilir

Bu rayonda ilk dəfə idman kompleksi tikilir

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 iyul 2019
//
Bölmə: İdman
Goranboy rayonunda ilk dəfə olaraq müasir tələblərə cavab verən yeni idman kompleksi tikilir.
 Bu rayonda ilk dəfə idman kompleksi tikilir

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə tikilən kompleksdən nəinki Goranboy rayonu, eləcə də, ətraf bölgələrin idmançıları yararlana biləcək.
Tikili iki binadan ibarət olacaq. Kompleksdə müxtəlif idman növləri üçün iki, hotel binası üçün isə üç mərtəbəli bina inşa ediləcək. Yeni kompleksdə idmanın bütün sahələri üzrə dərslər keçiriləcək. Üstəlik, həvəskar idmançılar da burada məşq edə biləcək.
Layihəyə əsasən, kompeksin universal zalı 992 nəfərlik olacaq. 184 nəfərlik üzgüçülük hovuzu, 235 nəfərlik güləş zalı, 40 nəfər üçün nəzərdə tutulan boks zalı, eləcə də, konfrans zalı və kafe inşa ediləcək.
Kompleksin həyətində 100 nəfərin izləyə biləcəyi böyük futbol meydançası, həmçinin, kiçik futbol meydançası, voleybol, basketbol, uşaqlar üçün oyun qurğuları olacaq. Hazırda 30-35 nəfər mütəxəssisin çalışdığı kompleksdə bu sayın 100-ə, inşaatın sürətli aparılması ilə hətta 250-yə çatdırılması nəzərdə tutulub.
Kompleks 2020-ci ildə tam istifadəyə veriləcək.