» » DÇ-2014: Çempion müəyyənləşdi!

DÇ-2014: Çempion müəyyənləşdi!

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 iyul 2014
//
Bölmə: İdman
DÇ-2014: Çempion müəyyənləşdi!


14.07.2014
02:35

Milli.Az bildirir ki, Almaniya - Argentina oyunu bitdi. Almaniya qalib gələrək dördqat dünya çempionu oldu.

14 iyul

Final

Almaniya – Argentina - 1:0

Qol: Mario Götze, 113

Baş hakim: Nikola Ritsolli

Rio-de-Janeyro. "Marakana" stadionu

Almaniya: Noyer, Lam, Xummels, Boatenq, Hövedes, Şvaynştayqer, Kramer, Müller, Kroos, Özil, Kloze.

Argentina: Romero, Sabaleta, Demikelis, Qaray, Roxo, Peres, Maskerano, Bilya, Lavessi, İquain, Messi.

---------
02:24

Milli.Az bildirir ki, Almaniya - Argentina oyununda hesab açıldı. Oyunun 113-cü dəqiqəsində Almaniyanın oyunçusu Mario Götse fərqləndi. Almaniya - Argentina - 1:0.

---------
01:52

Milli.Az bildirir ki, Almaniya - Argentina oyunun əsas vaxtında qol vurulmayıb. Almaniya - Argentina - 0:0.

---------
00:00

Milli.Az bildirir ki, Braziliyada təşkil olunan dünya çempionatının son oyunu başladı.

Finalda Almaniya və Argentina yığmaları üz-üzədir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hər iki komanda hələ mündial başlamamışdan öncə turnirin əsas favoritlərindən sayılırdı.

Almaniya millisi qrup turnirində Portuqaliyanı 4:0, ABŞ-ı 1:0 hesabı ilə məğlub edib, Qana ilə 2:2 hesablı bərabərliyə razılaşıb. 1/8 finalda Əlcəzair millisi ilə üz-üzə gələn Almaniya əlavə olunmuş vaxtda 2:1 hesablı qələbə qazanıb. 1/4 finalda almanlar Fransa millisi üzərində 1:0 hesablı çətin qələbə əldə edib.

Braziliya yığması ilə yarımfinal oyunu isə Bundestimin böyük üstünlüyü ilə yadda qalıb. Almaniya millisi ev sahiblərinə 7:1 hesabı ilə qalib gəlib.

Argentina yığması turnirdə bütün oyunlarını qələbə ilə başa vuran yeganə komandadır. Argentinalılar qrup mərhələsində Bosniya və Hersoqovina üzərində 2:1, İran üzərində 1:0, Nigeriya üzərində 3:2 hesablı qələbə qazanıblar. 1/8 finalda Argentina millisi də əlavə olunmuş vaxtda İsveçrə millisini 1:0 hesablı məğlubiyyətə uğradıb. 1/4 finalda Belçika millisi argentinalılara 1:0 hesabı ilə yenilib. Nəhayət, finala çıxmaq uğrunda görüşdə Argentina penaltilər seriyasında güclü Hollandiya millisini məğlub edib.

Almaniya və Argentina milliləri öz aralarında 20 dəfə görüşüblər. Bu görüşlərdən 9-da Argentina, 6-da Almaniya qalib gəlib. Daha 5 oyun bərabərliklə başa çatıb. Komandalar arasında görüşlərdən 6-sı dünya çempionatları çərçivəsində keçirilib. Argentina və Almaniya 2 dəfə dünya çempionatının finalında üz-üzə gəlib. 1986-cı ildə keçirilən finalda Cənubi Amerika komandası 3:2 hesabı ilə qələbə qazanıb. 1990-cı ildə isə Almaniya bu məğlubiyyətin əvəzini çıxıb. O zaman almanlar 1:0 hesabı ilə qələbə qazanaraq, dünya çempionu olublar. Bu görüş komandalar arasında üçüncü final olacaq.

Komandaların dünya çempionatı çərçivəsində sonuncu oyunu 2010-cu ilə təsadüf edir. Cənubi Afrika Respublikasında keçirilən 1/4 final oyunu zamanı Almaniya Argentinanı 4:0 hesabı ilə məğlub edib.

14 iyul

Final

Almaniya – Argentina - 0:0

Baş hakim: Nikola Ritsolli

Rio-de-Janeyro. "Marakana" stadionu

Almaniya: Noyer, Lam, Xummels, Boatenq, Hövedes, Şvaynştayqer, Xedira, Müller, Kroos, Özil, Kloze.

Argentina: Romero, Sabaleta, Demikelis, Qaray, Roxo, Peres, Maskerano, Bilya, Lavessi, İquain, Messi.

---------------
13.07.2014
11:22

Bu gecə futbol üzrə Braziliyada təşkil olunan dünya çempionatının son oyunu keçiriləcək.

Milli.Az bildirir ki, finalda Argentina ilə Almaniya milliləri qarşılaşacaqlar.

Argentina 28 illik, Almaniya isə 24 illik arzusunu gerçəkləşdirmək üçün meydana çıxacaq.

Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

13-14 iyul

DÇ-2014. Final

00:00. Almaniya - Argentina
"Marakana" stadionu

Baş hakim: Nikola Ritsoli (İtaliya)
Köməkçilər: Renato Faverani, Andrea Stefani
Ehtiyat hakim: Karlos Vera



QarqazPRESS.az
banner125x125 banner125x125