Ronaldu: "Alınmadı..."

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "DÇ-2014"də məğlub etdikləri Qana ilə oyunla bağlı fikirlərini bölüşüb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Footbal İtalia"ya danışan təcrübəli futbolçu komandasının qrupdan çıxmaq üçün əlindən gələni etdiyini bildirib:
"Oyun ərzində xeyli qol epizodları yaratdıq. Ancaq bunların cəmi ikisindən istifadə etdik. Buna görə istədiyimiz nəticəni qazana bilmədik. Digər oyunun nəticəsindən xəbərimiz var idi. Böyükhesablı qələbə qazanmaq və qrupdan çıxmaq üçün hər şeyi etdik, ancaq alınmadı".
Qeyd edək ki, qrupun son matçında Qanaya 2:1 hesabı ilə qalib gələn Portuqaliya millisi top fərqinin yaxşı olmaması səbəbindən 1/8 finala yüksələ bilməyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR