"Neftçi"nin rəqibindən böyük fırıldaq
Milli.Az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunları çərçivəsində keçirilən "Koper" (Sloveniya) - “Çelik” (Monteneqro) qarşılaşmasında birincilərin darmadağınla qalib gəlməsi şübhəli məqamlara yol açıb.
Belə ki, "Çelik" klubunun qapıçısı oyun boyu, sanki, rəqib komandanın üzvü kimi çıxış edib. Oyunun 86-cı dəqiqəsindəki epizod isə qapıçının əks cəbhə üçün çalışması iddialarını doğrulayır və demək olar ki, şübhə üçün yer qoymur.
Hesab 3-0 "Koper"in xeyrinə olarkən qapıçı üstünə gələn topu tutmaq əvəzinə qapıya rahat girməsi üçün şərait yaradır. Bütün bunları nəzərə alaraq ehtimal olunur ki, "Neftçi"nin növbəti mərhələdəki rəqibi oyun alqı-satqısı edib.
Xatırladaq kı, "Koper" rəqibinə 5-0 qalib gələrək cavab oyununu formallığa daşıdı və "Neftçi"yə rəqib oldu.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR