» » Azərbaycan Premyer Liqasında özbaşınalıqdır

Azərbaycan Premyer Liqasında özbaşınalıqdır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 24 avqust 2014
//
Bölmə: İdman
Azərbaycan Premyer Liqasında özbaşınalıqdır



AZAL-ın vitse-prezidenti Vaqif Qasımov Azərbaycan Premyer Liqasının III turunda "Neftçi" ilə keçiriləcək matçın təxirə salınmasına münasibət bildirib.

Milli.Az aut.az-a istinadən bildirir ki, klub rəsmisi narazılığını dilə gətirib:

"Reqlamentə görə oyun gününü bir gün dəyişmək olar. Mən də Məlik Həsənovla danışdım, dedim bizə məlumat vermirsiniz, matç gününü dəyişirsiniz. İndi də məlum olur ki, görüş ümumiyyətlə təxirə salınıb. Məlik mənə dedi ki, "Neftçi" bizə müraciət edib. Nə olsun müraciət ediblər? Bütün Avropa bu sistemlə oynayır. Belə də haqsızlıq olar? Bu oyunlar nə vaxt bitəcək, bilmirəm. Bu işlər nə qədər davam edəcək? Bilmirəm niyə, amma "Neftçi"yə xüsusi güzəşt edirlər. Komanda hazırlaşır və bütün planını qurur ki, bu gün oynayacaq. Birdən qərar verib, bütün planları pozurlar. Heç yerdə belə şey yoxdur. Mən belə şey görməmişəm. Deyirlər ki, bizə müraciət ediblər. Nə olsun? Biz müraciət edəndə ki, vaxtı bir saat dəyişək, qəbul etmirlər. Ancaq indi bizdən bir şey soruşan yoxdu, nə istəyirlər onu da edirlər. Yenə oyunlar başladı".

Qasımov oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənovla danışdığını da deyib:

"Mən Məliklə danışmışam. Mənə deyib ki, avrokuboklar ərəfəsində tur oyunlarının vaxtını bir gün dəyişmək olar. Sonra zəng vurub dedim ki, bizdən soruşmamısınız, eybi yox. Əsasnamədə var, vaxtı bir gün dəyişilə bilər. Bəs hansı qanunda var ki, oyunu təxirə salasınız? Hansı qanunda var? Deməli özbaşınalıq edirlər. Özləri necə istəyir, elə də edirlər. Vallah bu danışılası deyil. PFL, AFFA qanunsuz qərar qəbul edir. Bütün Avropa klubları həftədə 3 oyun keçirir. "Neftçi"yə harda gəldi güzəşt edirlər. "Neftçi" nə istəyirsə, o da olur".



QafqazPRESS.az
banner125x125 banner125x125