» » Millimizin sabiq baş məşqçisi: "Mundialın ən güclüsü Messi yox, Noyerdir"

Millimizin sabiq baş məşqçisi: "Mundialın ən güclüsü Messi yox, Noyerdir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 11 iyul 2014
//
Bölmə: İdman
Millimizin sabiq baş məşqçisi: "Mundialın ən güclüsü Messi yox, Noyerdir"



“Dünya çempionatında izlədiyim bütün oyunlara əsasən deyə bilərəm ki, hazırkı yarışın ən güclü oyunçusu Almaniya millisinin qapıçısı Manuel Noyerdir”.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi, Braziliya millisinin kapitanı olmuş Karlos Alberto Torres deyib.

“Onun özünəinamı böyükdür. Etibarlı futbolçudur, cərimə meydançasından kənara çıxanda ayağı ilə yaxşı oynayır. Bununla da müdafiəçilərə kömək edir. Mən bu günədək hansısa qapıçının komandasına bu qədər fayda verdiyini xatırlamıram”, - deyə Torres bildirib.

Argentina millisinin kapitanı Lionel Messiyə gəlincə, Torres deyib: “O, mundialın ən yaxşı futbolçusu adına layiq deyil. Düzdür, komandasını arxasınca aparmağı bacarır, vacib qollar vurur, amma gözlənilən oyunu tam sərgiləyə bilmir. Hollandiya - Argentina yarımfinal matçını bəyənmədim. Hər iki komanda, nədənsə, qorxurmuş kimi ehtiyatla oynayırdı. Messi isə ümumiyyətlə, gözə dəymirdi, ona göz açmağa imkan vermədilər. Məncə, finalda bolqollu bir qarşılaşma izləyəcəyik. Messi bu matça xüsusi köklənəcək. Argentina udsa, hamı onun ən yaxşı oyunçu olacağını deyəcək. Amma təkrar edirəm, mənim üçün mundialın ən güclü oyunçusu Messi yox, Noyerdir”.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125