» » DÇ-2014: Argentina və Hollandiya yarımfinalda!

DÇ-2014: Argentina və Hollandiya yarımfinalda!

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 iyul 2014
//
Bölmə: İdman
DÇ-2014: Argentina və Hollandiya yarımfinalda!



06.07.2014
09:05

DÇ-2014-də 1/4 final mərhələsi başa çatıb. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, Almaniya – Braziliya yarımfinal cütlüyündən sonra ötən gecə daha iki yarımfinalçının adına aydınlıq gəlib.
Öncə Argentina və Belçika yığmaları qarşılaşıb. Bu görüşün taleyini bir erkən qol həll edib. İquain Argentinanı yarımfinala çıxaran qolun müəllifi olub.

Digər oyunda isə mundiala olduqca əla start verən Hollandiya tarixində ilk dəfə bu mərhələyə kimi irəliləmiş Kosta Rikanı sınağa çəkib. Qarşılaşmanın həm əsas, həm də əlavə vaxtında qapılara qol vurulmayıb. Buna görə də qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan Hollandiya millisi yarımfinala son vəsiqəyə sahib çıxıb.
Beləliklə, mundialın finalına vəsiqə uğrunda Almaniya Braziliya ilə, Hollandiya isə Argentina ilə mübarizə aparacaq.

DÇ-2014
1/4 final
5 iyul
Argentina – Belçika - 1:0
Qol: İquayn, 8.

Hollandiya - Kosta Rika - 0:0 (penaltilər - 4:3)

-----------------
05.07.2014
23:03

Milli.Az qol.az-a istinadən bildirir ki, Argentina minimal hesabla qalib gələrək 1/2 finala yüksəlib.

Digər oyunda isə Hollandiya və Kosta-Rika yığmaları yarımfinal uğrunda mübarizə aparacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.

Qeyd edək ki, cütün qalibləri yarımfinalda üz-üzə gələcək.


Xatırladaq ki, artıq Braziliya və Almaniya millilərinin yarımfinalda qarşılaşacağı bəllidir.

5 İyul

1/4 final mərhələsinin oyunları


21:00. Argentina - Belçika - 1:0
Qol: İquain, 8 (1:0)

---------
21:21

Bu gün DÇ-2014-ün 1/4 final mərhələsinə yekun vurulacaq.


Milli.Az qol.az-a istinadən bildirir ki, iki oyunla növbəti yarımfinalçılar bəlli olacaq.

İlk olaraq meydana Argentina və Belçika milliləri çıxıblar. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Digər oyunda isə Hollandiya və Kosta-Rika yığmaları yarımfinal uğrunda mübarizə aparacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.

Qeyd edək ki, cütün qalibləri yarımfinalda üz-üzə gələcək.

Xatırladaq ki, artıq Braziliya və Almaniya millilərinin yarımfinalda qarşılaşacağı bəllidir.

5 İyul
1/4 final mərhələsinin oyunları

21:00. Argentina - Belçika - 1:0 (Birinci hissə)
Qol: İquain, 8 (1:0)
Braziliya. “Nasional” stadionu
Argentina: Romero, Zabaleta, Qaray, Bilya, Di Mariya, Maskerano, Demiçelis, Messi (k), İquain, Lavezzi, Basanta
Belçika: Kurtua, Alderveyred, Vertongen, Kompani, Vitsel, de Bruyne, Oriqi, Hazard, van Buyten, Fellayni, Mirallas

01:00. Hollandiya - Kosta-Rika (iyulun 5-dən 6-na keçən gecə)

---------
11:45

Bu gün dünya çempionatının 1/4 finalının son görüşləri baş tutacaq. Milli.Az xəbər verir ki, ilk öncə meydana Argentina və Belçika milliləri çıxacaqlar. Kağız üzərində Argentina favorit sayılsa da, bərabər səviyyəli oyunun keçəcəyi gözlənilir.

Xüsusilə Argentina millisi və İspaniyanın "Barselona" klubunun forvardı Lionel Messi ilə Belçika millisi və "Atletiko Madrid"in (icarə əsasında, "Çelsi") qapıçısı Tibo Kurtuanın qarşıdurması maraqla gözlənilir. Messi bu qolkliperə qol vurmaqda çətinlik çəksə də Tibo onu tərifləyib:

"Messi gözlənilməz anlarda zərbə mövqeyinə çıxa bilən futbolçudur. Ona qarşı oynadıqda bu futbolçunu daim nəzarətdə saxlamalısan. Əks təqdirdə, o, səni cəzalandıracaq”.

Adəti üzrə gecə isə Hollandiya-Kosta-Rika qarşılaşması baş tutacaq. Artıq 3 dünya çempionunu mundialdan kənarlaşdıran Kosta-Rikanın bu gecə necə şou göstərəcəyi maraqlıdır.

5 iyul

1/4 final mərhələsi

21:00. Argentina - Belçika

01:00. Hollandiya - Kosta-Rika



QafqazPRESS.az
banner125x125 banner125x125