“Hafka”dan pul almaq üçün fransız olmaq lazımdır?

“Baglan Qrup”un prezidenti Hafiz Məmmədov Fransanın “Lans” klubuna 2 milyon avro mükafat vəd verib.
Bu barədə “Axar.az”a kluba yaxın mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Fransanın 2-ci divizionunda yarışan “Lans” son turda “Nansi”ylə 1:1 bərabərliyə qalaraq, yuxarı diviziona çıxmaq şansını təhlükəyə atıb. Klub hazırda 4-cü yerdədir.
Məhz bu səbəbdən Hafka səxavət kisəsinin ağzını açıb. O, klubun yuxarı diviziona çıxacağı halda 2 milyon avro mükafat vəd verib.
Mənbənin dediyinə görə, Fransa klubuna qarşı əliaçıqlıq göstərən Hafiz Məmmədovun doğma klubu “Bakı”da isə 2 aydır əməkhaqları və mükafatlar verilmir. Son oyunda, autsayder “Sumqayıt”la matçda oyunçular 90 dəqiqəni sanki yola verməklə məşğul idilər.
Dünən isə məlum olub ki, Məmmədov Azərbaycan çempionatının 1-ci dəstəsində oynayan və sponsorluq etdiyi “Lokomotiv” klubunu ümumiyyətlə buraxıb.
Məlumata görə, “Lokomotiv”in oyunçularına Məmmədovun 3 aylıq borcu yaranıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR