» » "Hafka" ölkədən qaçarkən saxlanıldı?

"Hafka" ölkədən qaçarkən saxlanıldı?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 iyul 2014
//
Bölmə: Hadisə
"Hafka" ölkədən qaçarkən saxlanıldı?



“Hafiz Məmmədov Hava Limanında saxlanılmayıb. Belə bir şey baş verməyib”

14:55

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanının Sərhəd Xidmətinin adını açıqlamayan əməkdaşı "Bakı" futbol klubunun prezidenti, "Hafka" kimi tanınan məşhur iş adamı Hafiz Məmmədovun ölkədən qaçarkən Bakı Hava Limanında saxlanılması xəbərinə aydınlıq gətirərkən bildirdi.

Sərhəd Xidmətinin əməkdaşı bununla bağlı ətraflı məlumat verməsə də, yayılan xəbərləri təkzib etdi:

“Xəbərdən məlumatımız var. Belə bir şey baş olmayıb”.

----------
09:11

Son günlər adı qalmaqallarda hallandırılan "Bakı" futbol klubunun prezidenti, məşhur iş adamı Hafiz Məmmədov (Hafka) ölkədən qaçarkən saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Qaynar.info-ya etibarlı mənbədən məlumat daxil olub.
Mənbə bildirib ki, Hafiz Məmmədov ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb. Onun konkret hansı səbəbdən saxlandığı bəlli deyil. Hazırda onun nəzarətdə olduğu və sorğu-suala çəkildiyi bildirilir.

Xatırladaq ki, "Bakı"nın sahibi Hafiz Məmmədovun adı son günlər qalmaqallarda halanırdı. Belə ki, "Baghlan Group"-un prezidentinin biznes fəaliyyətindəki "axsamalar", ölkədə ən güclü futbol klublarından biri hesab olunan "Bakı" futbol klubunun bazasının satışa çıxarılması, "Bank of Azerbaijan" ətrafında yaranan böhran və Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın gündəmindən düşmürdü.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə ilə əlaqə saxladıq. O bildirdi ki, bu barədə məlumatı yoxdur.



QafqazPRESS.az
banner125x125 banner125x125