» » Bakıda bitki yağ spredinin kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlanıb

Bakıda bitki yağ spredinin kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlanıb

Müəllif: Səma Zərdablı
//
Tarix: 12 mart 2020
//
Bölmə: İqtisadiyyat
 Bakıda bitki yağ spredinin kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlanıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən monitorinqlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirilib.
AQTA-dan verilən məlumata görə, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək, “Goldenline slivoçnoe" əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib. Eyni zamanda, yağların üzərində istehlak xüsusiyyətinin əksini tapmadığı və qablaşdırılan məhsulun üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən olunub.
Anbarda xammal kimi 670 kq, “Goldenline” əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq labortoriyalarına təqdim olunub.
Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir

 Bakıda bitki yağ spredinin kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlanıb
 Bakıda bitki yağ spredinin kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlanıb
 Bakıda bitki yağ spredinin kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlanıb
banner125x125 banner125x125